“Neftçi” “Sabah”la oyuna onsuz çıxacaq

“Neftçi” Azərbaycan Premyer Liqasının 18-ci turunda “Sabah”la qarşılaşacaq.

Komanda.az xəbər verir ki, “ağ-qaralar”ın yarımmüdafiəçisi Bruno Teluşi sözügedən oyunu buraxmalı olacaq. Bu barədə “Neftçi”nin həkimi Şaiq Zöhrablı klubun telekanalına açıqlamasında deyib. O, alban futbolçunun zədə səbəbindən “Sabah”la oyunu buraxacağını bildirib.

Bu gün keçiriləcək “Neftçi” – “Sabah” matçı saat 18:15-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button