“Neftçi” 1/4 finala yüksəldi, milli qrupda qaldı

3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Astara mərhələsində qrup oyunlarına yekun vurulub.

Komanda.az xəbər verir ki, C qrupunun sonuncu oyununda “Yuanda” klubuna 9:21 hesabı ilə məğlub olan qadın millimiz qrupdaca mübarizəni dayandırıb.

D qrupunun sonuncu oyununda Macarıstan seçməsinə 17:15 hesabı ilə qalib gələn “Neftçi” komandası isə 1/4 finala vəsiqə qazanıb.

1/4 finalda “Neftçi”nin rəqibi Çin millisi olacaq. Mayın 21-də baş tutacaq oyun saat 14:30-da start götürəcək.

1/4 finalın digər oyunlarında bu komandalar üz-üzə gələcəklər: Ukrayna – Polşa, Avstriya – Macarıstan, “Yuanda” – Misir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button