NBA-da yeni rekord

Milli Basketbol Assosiasiyasında (NBA) azarkeş rekordu qeydə alınıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, müntəzəm mövsümün oyunlarını 22 234 502 tamaşaçı izləyib.

Bu da 2017/18 mövsümündəki göstəricini qabaqlayıb. Həmin vaxt tribunalarda 22 124 559 fanat olub.

Hər matça ortalama 18 077 azarkeş gedib. 791 qarşılaşmada bütün biletlər satılıb və tribunaların 97 faizi dolub. Bu, NBA tarixində yeni rekorddur.

Müntəzəm mövsüm aprelin 9-da bitib. Pley-off mərhələsi aprelin 12-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button