NBA-da məşqlərə icazə verildi

Amerika Milli Basketbol Assossiasiyasında (NBA) komandaların məşqlərə başlayacağı tarix açıqlanıb.

Komanda.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

Komandalar karantin rejiminin yumşaldıldığı şəhərlərdə mayın 8-dən etibarən fərdi məşqlərə başlaya biləcək. Məşqlərdə baş məşqçilərin və köməkçilərin iştirakı qadağan edilib. Eyni zamanda, məşqə 4-dən artıq basketbolçu qatıla bilməz. Komanda məşqlərinə isə hələ ki, icazə verilmir.

NBA-da oyunlar koronavirus pandemiyası səbəbiylə dayandırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button