Nazarovun komandası yenə uduzdu

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 28-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə “Arminiya Bilefeld”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Nazarov da bu görüşün iştirakçısı olub. O, 71-ci dəqiqədə meydana buraxılıb.

“Ersgebirge” hazırda 32 xalla 18 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button