Nazarovsuz heç-heçə

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 30-cu turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə “Hamburq”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Nazarov bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Ersgebirge” hazırda 33 xalla 18 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.