
PSJ-nin prezidentindən Çempionlar Liqası açıqlaması
PSJ-nin prezidenti Nasser Əl-Xələfi klubun son illərdə UEFA Çempionlar Liqasındakı uğurlarını yüksək qiymətləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbəri bunu deyib:
“Üç il ardıcıl olaraq Çempionlar Liqasının yarımfinalına çıxmaq üçün ən yaxşı formada olmalısan. Bu, əhəmiyyətli bir nailiyyətdir. Çünki turnirdə çoxlu güclü komandalar var və rəqabət çox şiddətlidir”.
Parislilər bu il də Çempionlar Liqasının yarımfinalına vəsiqə qazanıblar və orada “Bayern”lə qarşılaşacaqlar. Komandalar arasında ilk oyun aprelin 28-də Parisdə, cavab oyunu isə mayın 6-da Münhendə keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



