“Enrike dünyanın ən yaxşı məşqçisidir” – PSJ-nin prezidenti

PSJ-nin prezidenti Nasser Əl-Xələfi komandanın UEFA Çempionlar Liqasının finalına yüksəlməsindən sonra baş məşqçi Luis Enrikeni tərifləyib. Parislilər yarımfinalda “Bayern”i ümumi 6:5 hesabıyla məğlub edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbəri bunu deyib:

“Luis Enrike təkcə PSJ-də deyil, həm də bütün oyunda inqilab etdi. O, dünyanın ən yaxşı məşqçisidir”.

Fransa klubu ardıcıl ikinci mövsüm Çempionlar Liqasını qazanmaq üçün irəliləyir. Komanda bu dəfə finalda “Arsenal”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button