
PSJ-nin prezidentindən Dembele ilə bağlı açıqlama: “Hamı qaydalara riayət etməlidir”
PSJ-nin prezidenti Nasser Əl-Xələfi komandanın hücumçusu Osman Dembele ilə yeni müqavilə ilə bağlı danışıqlar haqda fikirlərini bölüşüb.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, o, bunu deyib:
“PSJ-nin maaş siyasəti var. Bunu hamı bilir və qaydalara riayət etməlidir. Dembele əfsanədir. Mən onu oyunçu və insan kimi sevirəm”.
Daha əvvəl Paris klubunun “qızıl top” mükafatının sahibinə ildə təxminən 30 milyon avro təklif etdiyi bildirilib. Lakin Dembele bunun ikiqatını tələb edir. Onun PSJ ilə hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayında başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



