
“14-cü çempionluq titulumuza görə çox qürur duyuruq”
PSJ-nin prezidenti Nasser Əl-Xələfi “Lans”ı 2:0 hesabıyla məğlub edərək Liqa 1-də daha bir titul qazanmaları haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bundan sonra artıq bütün diqqətin UEFA Çempionlar Liqasına yönəldiyini söyləyib:
“14-cü Fransa çempionluğu titulumuza görə çox qürur duyuruq. Müstəsna iş görən oyunçuları, baş məşqçi Luis Enrikeni, idman direktoru Luis Kamposu və bütün heyəti təbrik edirik. PSJ harada oynamağımızdan asılı olmayaraq, gözəl azarkeşlərimiz tərəfindən dəstəklənən komandadır. İndi bütün diqqətlər Budapeştdə keçiriləcək Çempionlar Liqasının finalına yönəlib. Hələ qarşıda çox iş var”.
PSJ Liqa 1-də 9 xal fərqiylə irəliləyərək, yerini möhkəmləndirib. Komanda 17 mayda – son turda “Paris”lə derbi oynayacaq, 30 mayda isə Çempionlar Liqasının finalında “Arsenal”la qarşılaşacaq.
Bizi Facebook-da izləyin



