“Bu komanda müəyyən qədər bizə bənzəyir” – Van Dayk

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində öz meydanında “Zalsburq”a 4:3 hesabı ilə qalib gələn “Liverpul”un müdafiəçisi Vircil van Dayk oyundan sonra açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hollandiyalı futbolçu, qarşılaşmanın çətin keçdiyini bildirib:

“Öz meydanımızda üç qol buraxdıq, əlbəttə ki, bu, yaxşı əlamət deyil. Amma bəlkə də, bu, inkişaf etdirməyimiz lazım olan məsələdir və biz bunu edəcəyik. Narahatlığa səbəb olmadığını düşünürəm. “Zalsburq”un çətin komanda olduğunu bilirdik. Onlar hesabda geri düşsələr də, mübarizə aparmaqdan imtina etmirlər. Bu komanda müəyyən qədər bizə bənzəyir. Çox enerjili olmaları və rəqibə təzyiq göstərmələri baxımından bir qədər bənzərlik var.

İlk hissədə qol vurmaları onları ümidləndirdi. Bəlkə, biz də müəyyən məqamlarda daha yaxşı iş görməli idik. Bunu təhlil edəcəyik və daha inamlı oynamağa çalışacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button