“Naqelsmannın nə vaxt qərar verəcəyini bilmirəm” – “Bayern”in prezidenti

“Bayern”in prezidenti Herbert Hayner Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann haqda fikirlərini bölüşüb.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, klub prezidenti, almaniyalı çalışdırıcının nə vaxt qərar verəcəyini bilmədiyini söyləyib:

“Əlbəttə, Naqelsmannın nə vaxt qərar verəcəyini bilmirəm. Bildiyimə görə, Almaniya Futbol Federasiyası da onunla maraqlanır. Baxacağıq”.

“Bayern”in hazırkı baş məşqçisi Tomas Tuxel cari mövsümün sonunda komandanı tərk edəcək. Klub rəhbərliyi onu Naqelsmannla əvəzləmək istəyir.

Münhen komandası 29 matçdan sonra 63 xalla Bundesliqanın turnir cədvəlində 2-cidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button