“Napoli”nin gürcü futbolçuya yeni müqavilə təklifinin detalları

“Napoli”nin gürcüstanlı futbolçusu Xviça Kvaratsxeliya klubla müqaviləsini uzatmağa yaxındır.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Kvaratsxeliyanın müqaviləsi 2028-ci ilə qədər uzadılacaq. Onun maaşı mövsümdə 3 milyon avro olacaq.

Gürcü futbolçu ötən ilin yayında “Dinamo”dan (Batumi) 10 milyon avroya alınıb və “Napoli” ilə 2027-ci ilin iyununa qədər nəzərdə tutulan müqavilə imzalayıb.

22 yaşlı futbolçu bu mövsüm neapolluların heyətində 40 oyuna çıxıb, 14 qol vurub və 17 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button