Ərəblərlə fransızlar onu, o isə “Çelsi”ni istəyir

“Napoli”nin hücumçusu Viktor Osimhen “Çelsi” ilə müqavilə imzalamaq üçün bir çox klublardan imtina etməyə hazırdır.

Komanda.az “Teamtalk”-a istinadən xəbər verir ki, nigeriyalı forvarda Səudiyyə Ərəbistanı komandaları, eləcə də, Kilian Mbappenin əvəzedicisini axtaran Fransanın PSJ klubu maraq göstərir.

Osimhenin əsas prioriteti uşaqlıqdan azarkeşi olduğu “Çelsi”yə transferdir. 

Futbolçunun “Napoli” ilə müqaviləsində təzminat məbləği 130 milyon avro nəzərdə tutulub. O, cari İtaliya çempionatında 24 matçda 15 qol vurub, 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button