“Napoli”dən “Fənərbaxça”nın futbolçusuna təklif

“Fənərbaxça”nın müdafiəçisi Kim Min Jae karyerasını “Napoli”də davam etdirməyə yaxındır.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, neapollular 25 yaşlı koreyalını 19,5 milyon avroya almağa hazırdır. İtaliya klubu futbolçuya 2027-ci ilin iyunun sonuna qədər, illik 2,5 milyon avro maaşla müqavilə təklif edir.

Danışıqlar son mərhələdədir.

Kim Min Jae 2021/22 mövsümündə “Fənərbaxça”nın heyətində bütün yarışlarda 39 matçda 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button