“Napoli” rəsmisi Ronaldo ilə bağlı xəbərlərə aydınlıq gətirdi

“Napoli”nin idman direktoru Kristiano Qintoli “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldonun Neapol klubuna keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəsmisi, portuqaliyalı futbolçunu transfer etməyəcəklərini deyib:

“Yanvarda Ronaldo ilə müqavilə imzalamaq? Yanvar ayında heç bir imza atmağı planlaşdırmırıq. Komandada nəyisə dəyişməyə ehtiyacımız yoxdur. Biz əla oynayırıq və bu gün heç bir futbolçu ilə müqavilə imzalamağı planlaşdırmırıq”.

Daha əvvəl portuqaliyalı hücumçunun qış transfer pəncərəsində “Mançester Yunayted”dən ayrılacağı ilə bağlı xəbərlər yayılmışdı. Futbolçunun özünün İtaliya çempionatına qayıtmaq istədiyi deyilir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button