“Napoli” kapitanından məhrum oldu

İtaliyanın “Napoli” klubunun hücumçusu Lorenso İnsinye sıradan çıxıb.

Komanda.az xəbər verir ki, 29 yaşlı futbolçu dünən UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində “Real Sosyedad”la oyunda (1:0) zədələnib. Oyunu davam etdirə bilməyən futbolçu matçın birinci hissəsində meydanı tərk edib. Onun vəziyyətinə tibbi müayinədən sonra aydınlıq gələcək.

İtaliya mətbuatı kapitanın bud sümüyündən zədələndiyini və 2-3 həftə yaşıl meydanlardan kənarda qalacağını yazıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button