“Fənərbaxça”nın futbolçusu üçün 16 milyon avro

İtaliya A Seriyasında mübarizə aparan “Napoli”nin “Fənərbaxça”nın futbolçusu Elif Elmasla maraqlandığını xəbər vermişdik.

Komanda.az “Sky İtalia”ya istinadən xəbər verir ki, artıq tərəflər arasında razılıq əldə olunub. Neapol klubunun 19 yaşlı yarımmüdafiəçini 16 milyon avro+bonus müqabilində heyətinə qatdığı və rəsmi açıqlamanın iki gün ərzində ediləcəyi bildirilir.

2017-ci ildən İstanbul klubunda çıxış edən makedoniyalı futbolçu, son mövsümdə iştirak etdiyi 40 oyunda 4 qolla yadda qalmışdı.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button