“Nəticə ədalətli deyil” – Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 0:1 hesablı məğlubiyyəti belə şərh edib:

“Oyuna çox yaxşı başlamışdıq. Üstün oynayırdıq. Sadəcə, top itkisi baş verdi və rəqib də boşluqdan istifadə edib, ilk hücumda qol vurdu. Ondan sonra çoxsaylı hücumlarımız oldu, qollar vurduq. Heç biri qeydə alınmadı. Hücumlara davam etdik, bəzi dəqiqələrdə üstünlük rəqibə keçirdi. Ümumilikdə götürsək, futbolçularım bu gün qəhrəmancasına mübarizə aparırdı. Hamısını bağrıma basıram. Bu şəkildə də davam etməliyik. İstər rəqiblərlə, istərsə də, başqa hallarla sonuna qədər mübarizə aparmalıyıq. Möhkəm kollektivimiz var, onu bu gün meydanda gördüm. Allah qoysa, istədiyimiz nəticələrlə mövsümü başa vurarıq.

Oyunun nəticəsi ədalətli deyil, ən azından məğlub olmamalıydıq. Qollarımız qeydə alınsaydı, qol epizodlarından istifadə etsəydik…Bu mövsüm “Neftçi” ilə oyunlarda fantastik epizodlar qaçırırıq. Çox ciddi şanssızlıqlar yaşayırıq. Bu ərəfələrdə 6-7 qol vurmuşuq, amma qeydə alınmayıb.

Baxın, birinci epizodda qayda pozuntusu yox idi. Topa oynayan Qismətdir. O, topa oynadı, rəqib ayağını qoydu Qismətin ayağının altına. Bundan sonra Qismət nə etməli idi, uçmalı idi? İkinci epiozdakı vəziyyətə gəlincə, görəsən, qol bizim qapımıza vurulsaydı, Rəşad Əhmədov VAR-a baxacaqdı? “Sabah”la oyunda, “Səbail”lə oyunda da Rəşad Əhmədov eyni səhvləri edir.

Hücum xəttinin məhsuldarlığı aşağıdır. Ramalinqom, Orxan Əliyev bizim hücumçulardan çox qol vurubsa, demək problem var. Sonluqda problemimiz var. Məşqləri də hücum üzərində qururuq. Bu aralar çox qollar vurmuşuq, sayılmayıb. Hakimin səhvləri komandaya təsir edir”.

Akif Əhmədov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button