Nəbiyevin komandası evdə xal itirdi

Futbol üzrə Çexiya 2-ci divizionunda 24-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Trineç”lə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.

Fərid də bu görüşün iştirakçısı olub. O, 57-ci dəqiqəsində meydana buraxılıb.

“Viktoriya” 24 turdan sonra 12 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button