Nəbiyev cüdoçularla görüşdü

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək böyüklər arasında dünya çempionatına hazırlaşan milli komandanın məşq prosesini izləyib.

Federasiyadan Komanda.az-a verilən məlumata görə, məşqçilər heyəti ACF rəhbərinə mundiala yollanacaq idmançıların hazırlıq prosesi ilə bağlı görülən işlər barədə məlumat verib.

Nəbiyev idmançılara qarşıdakı yarışda uğurlar arzulayıb və ölkəni layiqincə təmsil edəcəklərinə inandığını bildirib.

Dünya çempionatı 6-12 oktyabrda olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button