
Nə “Ferentsvaroş, nə də “Gent” – Pakistanlı futbolçu “Qarabağ”a üstünlük verir
“Qarabağ” “Myallbü” klubunun mərkəz müdafiəçisi Abdullah İqballa maraqlanır.
Komanda.az “fotbooldirekt.se” portalına istinadən xəbər verir ki, Ağdam təmsilçisi 23 yaşlı futbolçu üçün danışıqlar aparır.
İqbalın transferində “Ferentsvaroş” və “Gent” klubları da maraqlıdır. Amma “Qarabağ”ın Çempionlar Liqasında çıxış etməsi pakistanlını “köhlən atlar”a keçidə daha da yaxınlaşdırıb.
Abdullahın “Myallbü” ilə müqaviləsinin müddəti 2028-ci ilin sonuna qədərdir.
Pakistan millisinin üzvü Danimarkada dünyaya gəlib və bu ölkənin “B93” klubunun yetirməsidir. O, 2024-cü ildən “Myallbü”də oynayır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



