“Onu satmağı düşünmürük” – Emeri

“Mançester Yunayted”in transfer hədəfində olduğu deyilən “Arsenal”ın futbolçusu Pyer-Emerik Obameyanqla bağlı açıqlama verilib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “topçular”ın baş məşqçisi Unay Emeri, 30 yaşlı futbolçunu satmayacaqlarını bildirib:

“Obameyanqdan çox məmnunuq. O, bizim üçün çox vacib futbolçudur. Onu satmağı düşünmürük”.

“Qırmızı şeytanlar”ın Obameyanqı “İnter”in transfer hədəfində olan Romelu Lukakunun əvəzləyicisi olaraq transfer etmək istədiyi deyilir.

2018-ci ildən “Arsenal”ın şərəfini qoruyan qabonlu futbolçunun klubla müqaviləsi 2021-ci ilədək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button