MY axtardığını “Lion”da tapıb

“Mançester Yunayted” axtardığı hücumçunu “Lion”da tapıb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Fransa klubunun futbolçusu Mussa Dembele “Mançester Yunayted”in maraq dairəsindədir. “Qırmızı şeytanlar”ın 23 yaşlı hücumçunu transfer etməkdə əsas məqsədi zədə səbəbiylə bir müddət yaşıl meydanlardan kənarda qalacaq Markus Reşfordun boşluğunu doldurmaqdır. “Mançester Yunayted”in Dembele üçün “Lion”a 50 milyon avroluq təklif irəli sürəcəyi bildirilir.

Dembelenin adı “Çelsi” və “Tottenhem”lə də yanaşı çəkilir.

“Lion”la 2023-cü ilin yayındək müqaviləsi olan fransalı hücumçu, cari mövsümdə iştirak etdiyi 27 oyunda 13 qol, 3 məhsuldar ötürməylə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button