Musa Qurbanlı oynamadı, komandası 1/4 finala yüksəldi

İsveçdə ölkə kubokunun qrup mərhələsinin 3-cü turunun bir sıra oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının formasını geyindiyi “Yurqorden” “Göteborq”la qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib.

Musa Qurbanlı bütün oyunu ehtiyat oyunçular skamyasında keçirib.

Üç turun yekunlarına görə, “Yurqorden” 9 xal toplayaraq qrupda birinci yeri tutub və kubokun 1/4 finalına yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button