MS portuqaliyalı qapıçını izləyir

“Mançester Siti” Edersonun potensial əvəzləyicisi kimi “Portu”nun 25 yaşlı qapıçısı Dioqo Koştanı izləyir.

Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, “şəhərlilər” portuqaliyalı futbolçunu gələn yay ala bilər.

Koştanın müqaviləsində 63 milyon funt-sterlinq (73,7 milyon avro) məbləğində sərbəst qalma maddəsi var. “Mançester Siti” bu məbləğin çox yüksək olduğunu düşünür. Bununla belə, İngiltərə klubu yeni idman direktoru Huqo Viana ilə 25 yaşlı oyunçunun agenti Jorje Mendeş arasında yaxşı münasibəti nəzərə alaraq, onu 50 milyon funt-sterlinqə (58,5 milyon avro) almağa ümid edir.

Koşta bu mövsüm bütün yarışlarda 41 oyun keçirib, 18 dəfə qapısını toxunulmaz saxlayıb. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button