“Mançester Siti”nin futbolçusu sağalıb, amma…

İngiltərənin “Mançester Siti” klubunun zədəli futbolçusu Kevin de Bruyne sağalıb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, bu barədə baş məşqçi Pep Qvardiola məlumat verib. Onun sözlərinə görə, belçikalı futbolçu fərdi məşqlərə başlayıb. Qvardiola futbolçunun vəziyyətinin yaxşı olduğunu da vurğulayıb.

29 yaşlı futbolçunun daha bir neçə oyun yaşıl meydanlarda olmayacağı bildirilir.

De Bruyne yanvar ayında – “Aston Villa” ilə oyunda (2:0) zədələnib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button