
MS “Flamenqo”nun müdafiəçisi üçün danışıqlara başlayıb
“Mançester Siti” “Flamenqo”nun gənc müdafiəçisi Uesli Fransın transferində maraqlıdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” artıq 21 yaşlı futbolçunun transferinə görə Braziliya klubu ilə danışıqlara başlayıb.
“Flamenqo” Ueslini 45 milyon avro dəyərində qiymətləndirir. Halbuki “transfermarkt” portalı onun bazar dəyərini 25 milyon avro göstərir.
Uesli Frans cari mövsümdə bütün turnirlərdə 19 oyunda meydana çıxıb, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin sonuna qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



