“Mançester Siti” əlcəzairli futbolçu üçün hərəkətə keçib

“Mançester Siti” “Vulverhempton”un müdafiəçisi Rayan Ait-Nuri ilə maraqlanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” əlcəzairli futbolçunun transfer şərtlərini öyrənmək üçün qarşı tərəfə rəsmi sorğu göndəriblər.

23 yaşlı sol cinah müdafiəçisi “Mançester Siti”nin bu mövqedəki əsas hədəflərindən biridir və klub onunla danışıqları davam etdirməyi planlaşdırır. Ait-Nurinin “Vulverhempton”la hazırkı müqaviləsinin müddəti 2026-cı ilin iyununun 30-dək qüvvədədir.

Ait-Nuri 2024/25 mövsümündə Premyer Liqada 37 oyun keçirib, 4 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button