İngiltərə klubuna “yox” dedi – Flik

Mövsümün sonunda “Bavariya”dan ayrılacağını açıqlayan Hans-Diter Flik İngiltərənin bir klubundan təklif alıb.

Komanda.az xəbər verir ki, “Tottenhem” rəhbərliyi 56 yaşlı mütəxəssisi komandanın “sükanı arxasına” gətirmək istəyir. Bu barədə Almaniya mətbuatı məlumat yayıb. Flik London klubunun təklifinə “yox” deyib.

Flikin Almaniya milli komandasına baş məşqçi təyin olunacağı gözlənilir. Almaniya millisində baş məşqçi Yoahim Löv AÇ-2020-dən sonra vəzifəsindən ayrılacağını açıqlayıb.

2019-cu ilin noyabrından “Bavariya”nı çalışdıran Flik, mövsümün sonunda vəzifəsindən ayrılacaq. Münhen klubunda onu Yulian Naqelsmann əvəzləyəcək.