Mövsümün ilk yarısında ən çox qol vurulmuş oyunlar məlum oldu

2023/2024 mövsümünün ilk yarısında Azərbaycan çempionatlarında və ölkə kubokunda ən çox qol vurulmuş qarşılaşmalar məlum olub.

Komanda.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, ən məhsuldar oyunlarında 10 qol qeydə alınıb.

Azərbaycan kubokunun “İrəvan” – “Araz-Naxçıvan” və 2-ci Liqanın “Göygöl” – “Şəmkir” matçlarının hər ikisi 8:2 hesabı ilə bitib. Kubokda qonaqlar, aşağı liqada meydan sahibləri qalib gəliblər.

İki dəfə 9 qol vurulub. Bu qarşılaşmalar Əvəzedicilər Liqası və 2-ci Liqada baş tutub. 10 oyun isə 8 qolla yekunlaşıb. Ümumilikdə 14 dəfə ən azı 8 top vurulub.

Azərbaycan Premyer Liqasının ən məhsuldar matçında “Qarabağ” “Kəpəz”i 7:1 hesabı ilə üstələyib. 2023/24 mövsümünün ən azı 8 qol vurulan oyunlarının 1-i Premyer Liqa, 1-i Azərbaycan kuboku, 1-i 1-ci Liqa, 3-ü Əvəzedicilər Liqası, 8-i 2-ci Liqaya təsadüf edib.

8 və daha çox qolun vurulduğu oyunlar:

14.11.2023. 2L. Göygöl – Şəmkir 8:2

19.12.2023. AK. İrəvan – Araz-Naxçıvan 2:8

25.09.2023. 2L. Kür-Araz – Kürmük Qax 6:3

06.11.2023. 2L. Şahdağ Qusar – Dinamo 9:0

13.08.2023. ƏL. Araz-Naxçıvan – Qəbələ 2:6

11.09.2023. 2L. Qusar – Şəmkir 7:1

21.09.2023. 1L. Şamaxı – Araz Saatlı 8:0

01.10.2023. ƏL. Turan Tovuz – Neftçi 0:8

24.10.2023. 2L. Şəfa – Cəbrayıl 2:6

31.10.2023. 2L. Cəbrayıl – Ağdaş 5:3

04.11.2023. APL. Qarabağ – Kəpəz 7:1

27.11.2023. ƏL. Neftçi – Araz-Naxçıvan 8:0

05.12.2023. 2L. Kür-Araz – Lerik 7:2

15.12.2023. 2L. Lerik – Dinamo 4:4

APL – Azərbaycan Premyer Liqası, AK – Azərbaycan Kuboku, ƏL – Əvəzedicilər Liqası, 1L – 1-ci Liqa, 2L – 2-ci Liqa

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button