Holland futbolçudan “Real”a mesaj: “Mövsümü “Ayaks”da başa vuracam”

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində səfərdə “Valensiya”ya 3:0 hesabı ilə qalib gələn “Ayaks”ın futbolçusu Donni Van de Bek karyerası ilə bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Amsterdam təmsilçisinin 3-cü qolunun müəllifi olan 22 yaşlı yarımmüdafiəçi, “Ayaks”dan ayrılmayacağını bildirib:

“Yayda transferimlə bağlı çox fərziyyələr oldu. Bu söhbətlər bitdiyi üçün xoşbəxtəm, çünki “Ayaks”dakı işlərimə daha yaxşı köklənə bilirəm. Bu komandada hər zaman əlimdən gələnən ən yaxşısını etməyə çalışıram. Mövsümün ortasında komanda dəyişdirməyi sevmirəm. Cari mövsümün sonuna qədər burda oynayacam və mövsümü “Ayaks”da başa vuracam. Daha sonra nələr olacağını görəcəyik”.

Yay transfer pəncərəsi dövründə hollandiyalı futbolçuyla danışıqlar aparan “Real”ın qış fasiləsində onun üçün yenidən hərəkətə keçəcəyi deyilir.