Mourinyo “Real”ın futbolçusunu istəyir

“Real”ın futbolçusu Qaret Beylin yenidən İngiltərədə çıxış etmək ehtimalı yaranıb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, keçmiş klubu “Tottenhem” uelsli futbolçunun xidmətində maraqlıdır. Komandanın baş məşqçisi Joze Mourinyo şəxsən Beylin transferi ilə maraqlanır. Məlumata görə, portuqaliyalı mütəxəssis, “kral klubu”nda kifayət qədər oyun şansı qazanmayan Beylin yenidən yüksək səviyyədə çıxış edəcəyinə inanır.

2007-2013-cü illərdə “Tottenhem”də çıxış etmiş futbolçunun “Real”la müqaviləsi 2022-ci ildə başa çatır. Onun Madrid klubunun satış siyahısında olduğu bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button