Mourinyo Messini “qızıl top”a layiq görmür

Portuqaliyalı mütəxəssis Joze Mourinyo “Barselona”nın hücumçusu Lionel Messi ilə bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis, “Barselona”nın Çempionlar Liqasında “Liverpul”a məğlub olaraq, mübarizəni dayandırması səbəbiylə Messini “qızıl top”un favoriti görmədiyini deyib:

“Messinin “qızıl top”a layiq olduğundan əmin deyiləm. O, Çempionlar Liqasını qazana bilmədi”.

Bu mövsüm Kataloniya klubunun heyətində 48 matçda iştirak edən argentinalı futbolçu, bu oyunlarda 48 qol, 22 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button