Mourinyo keçmiş klubunu sərt tənqid etdi

“Benfika”nın baş məşqçisi Joze Mourinyo keçmiş klubu “Tottenhem”i sərt tənqid edib.

Komanda.az “Official Blessing”-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis “Tottenhem”in böyük klub mentalitetinə malik olmadığını bildirib:

“Bu klubda daim məşqçilər dəyişir. Hətta Avropa yarışlarında onlara kuboklar qazandıranlardan da yaxa qurtarırlar. Onlar böyük klub mentalitetinə malik deyil. Klub qalib obrazı yaratmağa çalışsa da, bunun arxasında uğursuzluq düşüncəsi dayanır. “Tottenhem”də çoxlu toksiklik (daim mübahisə və konflikt) və şübhəli idarəetmə qərarları var. Məşqçiləri tez-tez dəyişsəz, ardıcıl nəticələr əldə edə bilməzsiz”.

“Tottenhem”in baş məşqçisi hazırda Roberto De Zerbidir. Onun komandası Premyer Liqada topladığı 30 xalla turnir cədvəlinin 18-ci pilləsində – düşmə zonasında qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button