Mourinyo həmyerlisini “Real”a gətirmək istəyir

“Real” “Mançester Yunayted”in müdafiəçisi Dioqo Dalotla maraqlanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçunun transferində maraqlı olan şəxs “kral klubu”nun gələcək baş məşqçisi kimi göstərilən Joze Mourinyodur.

Portuqaliyalı mütəxəssis Dalotu müdafiənin sağ cinahında Trent Aleksander-Arnold üçün ciddi rəqib hesab edir. Bu qərarın mövsümün sonunda Dani Karvahalın komandadan ayrılacağı açıqlanandan sonra verildiyi vurğulanır.

“Mançester Yunayted” 27 yaşlı futbolçu üçün təxminən 30 milyon avro tələb edəcək. Bildirilir ki, Dalotun özü də Madrid klubuna keçid variantına müsbət yanaşır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button