Mourinyo Avropa Liqasındakı uğuru yada saldı

Portuqaliyalı mütəxəssis Joze Mourinyo Avropa Liqasında “Mançester Yunayted”lə qazandığı qələbəni xatırladıb.

Komanda.az “Telegraph”-a istinadən xəbər verir ki, o, İngiltərə klubu ilə qələbəni necə əldə etdiklərindən danışıb:

“O zaman qapıçı Romerodan Maruan Fellainiyə qədər, uzun toplarla qalib gəldik. “Ayaks” bizə təzyiq göstərdi, lakin bu, kifayət etmədi. Hər şey sadə idi. Fellaini vasitəsilə oynadıq və hesab 2:0 oldu. Sonra kuboku evə apardıq”.

Xatırladaq ki, 2016/2017 mövsümünün Avropa Liqasının final oyununda “qırmızı şeytanlar” “Ayaks”la qarşılaşıb. İngiltərə klubu 2:0 hesabı ilə qalib gəlib. Qolları Pol Poqba və Henrix Mxitaryan vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button