Kloppa olar, Mourinyoya yox?

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, London klubundakı fəaliyyəti və mümkün istefası haqqında danışıb:

“Yurgen Kloppun “Liverpul”da uğurlu olmaq üçün nə qədər vaxta ehtiyacı oldu? Dörd il, dörd mövsüm. Bu müddətdə onlar dünyanın ən yaxşı qapıçısını və müdafiəçisini transfer etdilər. “Tottenhem”lə üç illik müqaviləm var və bu üç il müddətində titul qazanacağımıza inanıram. Klub üçün çalışıram, özümü düşünmürəm. Komandada dəyişikliyə ehtiyacımız var, amma bunun üçün keçən yaydakı kimi böyük məbləğdə pullara ehtiyacımız yoxdur”.

“Tottenhem” Premyer Liqada 34 turdan sonra 9-cu pillədə qərarlaşıb.