“Hər iki dəqiqədən bir evimi təmizləyirəm” – Anri

ABŞ-ın “Monreal İmpakt” klubunun baş məşqçisi Tyerri Anri koronavirusla bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, “Lequipe” nəşrinə danışan fransız mütəxəssis, futbol üçün darıxdığını bildirib:

“Futbol mənim ehtirasım, həyatımdır. Futbolsuz darıxıram, istərdim ki, tez bir zamanda yenidən başlasın. Ancaq hazırda dünyada baş verən prosesləri düşünməliyik.

Hər gün oyandıqdan sonra məşq edir, yemək bişirir, dincəlirəm. Hər iki dəqiqədən bir evimi təmizləyirəm. Daimi təmizlik edilməlidir. Əvvəlki oyunlar haqda düşünürəm. Nəyi edə bilərdik, necə etməliydik və s. Hər gün ağlıma gələn çoxlu şeylər var”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button