“Monako”da itki: Mövsümü bitirdi

“Monako” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisinin qapıçısı Daniel Subaşiç zədələnib. Bu barədə Fransa mətbuatı məlumat yayıb.

Liqa 1-in 35-ci turunun “Sent-Etyen”lə matçının (2:2) ilk hissəsində zədələnən xorvat qapıçının, mövsümün qalan hissəsində iştirak etməyəcəyi bildirilir.

Cari mövsümdə uğursuz çıxış edən “Monako”, 35 turdan sonra 33 xalla 17-ci sırada qərarlaşıb. Leonardo Jardimin rəhbərlik etdiyi kollektiv 18-ci sırada yer alan “Kan”ı 3 xal qabaqlayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button