“Monako”da daha bir yeni hücumçu
Fransanın “Monako” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi Jan-Kevin Auqustini heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı hücumçu satınalma şərti ilə Almaniyanın “Leyptsiq” klubundan 1 illik icarəyə götürülüb.
PSJ-nin yetirməsi olan Auqustin Bundesliqa klubuna 2017-ci ildə transfer olunub. Geridə qalan iki mövsüm ərzində “Leyptsiq”də 67 oyuna çıxan fransalı forvard, 20 qola imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin