“Monako” Poqba ilə vidalaşa bilər – Yayda

“Monako” yarımmüdafiəçisi Pol Poqba ilə mövsümün sonunda yollarını ayıra bilər.

Komanda.az xəbər verir ki, fransalı futbolçu ötən ilin dekabrından bəri meydana çıxmayıb və hazırda zədəlidir. O, 2025/26 mövsümündə 3 oyunda iştirak edib. Onun müqaviləsinin müddəti bu ilin iyununun 30-na qədərdir.

Poqba əvvəlki ilyarım ərzində diskvalifikasiya səbəbindən heç bir komandada çıxış etməyib.

32 yaşlı futbolçu 2025-ci ilin yayında “Monako”ya qoşulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button