“Monako” liderliyini qorudu

Fransa Liqa 1-də 9-cu turuna yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə daha 6 görüş baş tutub.

“Tuluza” – “Reyms” matçı he-heçə bitib. “Loryan” “Renn”i, “Lill” “Brest”i, “Nant” “Monpelye”ni, “Monako” “Mets”i məğlub yola salıb. Lion “Olimpik”i də “Klermon”a uduzub.

Hazırda 20 xala malik “Monako” vahid liderdir. “Nitsa” 19 xalla ikinci, PSJ 18 xalla üçüncü pillədə qərarlaşıb.

Fransa Liqa 1
9-cu tur

20 oktyabr

Havr – Lans 0:0

21 oktyabr

PSJ – Strasburq 3:0
Qollar: Mbappe, 10-pen. Soler, 31. F.Ruis, 77.

Nitsa – Olimpik (Marsel) 1:0
Qol: Gessand, 79.

22 oktyabr

Loryan – Renn 2:1
Qollar: Omari, 4-öz qapısına. Ture, 45+1 – Blas, 21.

Lill – Brest 1:0
Qol: Y.Yazıcı, 6.

Nant – Monpelye 2:0
Qollar: Molle, 44. Bamba, 74.

Tuluza – Reyms 1:1
Qollar: Dallinq, 51 – Riçardson, 48.

Monako – Mets 2:1
Qollar: Qolovin, 42; 55 – Kamara, 4.

Olimpik (Lion) – Klermon 1:2
Qollar: Ojye, 52-öz qapısına – Çam, 10. Maqnin, 35.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button