“Monako” Fati ilə bağlı qərar verib

Ansu Fati mövsümün sonunda “Barselona”ya qayıtmaya bilər. “Monako”da icarə əsasında çıxış edən ispaniyalı futbolçu ilə bağlı yeni qərar verilib.

Komanda.az “Topskills Sports UK”-a istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi 23 yaşlı forvardı heyətdə saxlamaqda qətiyyətlidir.

Müqavilədə yer alan 11 milyon avroluq satınalma bəndinin aktivləşdirilməsi böyük ehtimalla, baş tutacaq.

Fati cari mövsümdə “Monako”nun heyətində 25 oyunda iştirak edib və 9 qol vurub. O, start heyətdə meydana cəmi 10 dəfə çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button