“Bu möhtəşəm komandanın bir hissəsi olmaq böyük şərəfdir” – Argentinalı futbolçu

Argentina millisinin müdafiəçisi Nahuel Molina dünya çempionatının finalında İspaniya yığmasına məğlubiyyətlə (0:1) bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ailəsinə, dostlarına və azarkeşlərə göstərdikləri dəstəyə görə təşəkkür edib:

“Ölkəmizə daha bir titul qazandırmaq üçün çox çalışdıq. Buna nail ola bilməmək ağrılıdır. Heç vaxt şikayət etməyən və həmişə ortaq məqsəd uğrunda mübarizə aparan bu möhtəşəm komandanın bir hissəsi olmaq böyük şərəfdir. Bu dəfə alınmadı, amma əminəm ki, birliyimiz gələcəkdə bizə yeni uğurlar qazandıracaq”.

Argentina millisi dünya çempionatının finalında əlavə vaxtda ispanların hücumçusu Ferran Torresin vurduğu qolla məğlub olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button