
Moldovalı futbolçu “Barselona”da debüt etdi
“Barselona B” komandasının moldovalı müdafiəçisi Leo Saka debüt oyununu keçirib.
Komanda.az xəbər verir ki, bu barədə məlumat klubun rəsmi mənbələrində dərc olunub.
Sakanın debütü “Barselona B”nin “Alkoyano” ilə oyununda baş tutub. O, qarşılaşmanın son yarım saatında meydana çıxıb. “Barselona B” İspaniya çempionatının dördüncü divizionunda mübarizə aparır.
Leo Saka Moldovanın gənclər yığmasında da çıxış edir və artıq 11 oyun keçirib. O, 2016-cı ildə ailəsi ilə İspaniyaya köçüb və həm Moldova, həm də Rumıniya pasportuna sahibdir. Onun qeyri-adi adı isə ailə mənşəyi ilə izah olunur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



