Qurban Qurbanovun oğlu het-trik etdi, “Qarabağ” 7 qola sevindi

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 3-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç görüş baş tutub.

“Kəpəz” doğma meydanda “Sumqayıt”ın əvəzediciləri ilə heç-heçəyə razılaşıb.

Son çempionu MOİK “Keşlə-2” üzərində çətin qələbəyə sevinib.

“Səbail-2” – “Sabah-2” görüşündə də meydan sahibləri qalib gəliblər.

Sonuncu oyun günündə də üç qarşılaşma keçirilib. “Qaradağ Lökbatan” – “Ağsu” matçında qapılara qol vurulmayıb. Səfərdə “Neftçi-2” ilə qarşılaşan “Turan Tovuz” minimal hesabla qalib gəlib.

“Zirə-2”-nin qonağı olan “Qarabağ”ın əvəzedici komandası isə darmadağına sevinib. Bu oyunda Ağdam təmsilçisinin əsas komandasının baş məşqçisi Qurban Qurbanovun oğlu – Musa Qurbanlı het-triklə yadda qalıb.

Birinci divizion, 3-cü tur

13 sentyabr

Kəpəz – Sumqayıt-2 1:1
Qol
: Fuad Bayramov, 65-öz qapısına – İbrahim Əliyev, 3.
Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Ruslan Quliyev, Namiq Bəkirov.
Gəncə şəhər stadionu.

Səbail-2 – Sabah-2 3:1
Qol
: Bahadur Həziyev, 20. Kənan Quliyev, 45+1. Vidadi Cəfərov, 51 – Murad Bağırov, 63.
Hakimlər: Rauf Allahverdiyev, Mübariz Haşımov, Kamran Bayramov, Rəhim Həsənov.
“ASCO Arena”.

MOİK – Keşlə-2 3:2
Qol
: Tural Qürbətov, 37; 74. Camal Camalov, 90+4 – Xəzər Mahmudov, 38. Əli Əliyev, 88-öz qapısına.
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu.

14 sentyabr

Zirə-2 – Qarabağ-2 1:7
Qol: Tapdıq Əhmədov, 41-pen – Müşfiq İlyasov, 9-öz qapısına. İzzət Müştaqov, 14. Musa Qurbanlı, 28; 52-pen; 75. Nihad Tamazov, 61. Cavid Bayramov, 76.
Hakimlər
: Rəşad Əhmədov, Cəmil Quliyev, Kərim Zeynalov, Cahangir Yusifzadə
“AZAL Arena”

Neftçi-2 – Turan Tovuz 0:1
Qol: Emin Bağırov, 20.
Hakimlər
: Rauf Cabarov, Nahid Əliyev, Taleh Məmmədov, Kamranbəy Rəhimov
“ASK Arena”

Qaradağ Lökbatan – Ağsu 0:0
Hakimlər
: Nicat İsmayıllı, Namiq Hüseynov, Zöhrab Abbasov, Rövşən Rəcəbov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

Qeyd: 3-cü turda “Zaqatala” komandası istirahət edib.