Modriç müqaviləsini yeniləməyə hazırlaşır

“Real”ın yarımmüdafiəçisi Luka Modriç yaxın vaxtlarda klubu ilə müqaviləsini uzada bilər.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, xorvatiyalı futbolçunun Madrid klubu ilə yeni müqaviləsi gələn mövsümün sonuna kimi qüvvədə olacaq.

38 yaşlı yarımmüdafiəçi cari mövsümdə bütün turnirlər də daxil olmaqla 39 matçda çıxış edib, iki qol vurub və altı məhsuldar ötürmə verib. Onun “Real”la hazırkı müqaviləsi iki aydan sonra başa çatır.

Madrid klubu 33 turdan sonra 84 xalla İspaniya çempionatının turnir cədvəlində birinci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button