Modriç gələcəyi ilə bağlı qərar verib
“Real”ın yarımmüdafiəçisi Luka Modriç klubdakı gələcəyi ilə bağlı qərar verib.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, xorvatiyalı futbolçu “Real”la müqaviləsini uzatmaq istəyir. Eyni zamanda, klubun baş məşqçisi Karlo Ançelottinin Modriçi komandada saxlamaq istədiyi vurğulanır.
38 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün turnirlər də daxil olmaqla 43 matçda meydana çıxıb, 2 qol vurub və 8 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin