Azərbaycan millisinin mətbuat üçün açıq məşqi və brifinq olacaq

DÇ-2024-ün əsas mərhələsi çərçivəsində Polşa yığması ilə oyuna hazırlıq məqsədi ilə Bakıda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandasının oktyabrın 4-də, saat 10:30-da Bakı İdman Sarayında mətbuat üçün açıq məşqi keçiriləcək.

Komanda.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, məşqdən əvvəl – saat 10:10-da isə baş məşqçi Joze Alesio Da Silvanın iştirakı ilə brifinq təşkil olunacaq.

Polşa millisi ilə görüş oktyabrın 7-də, Bakı İdman Sarayında keçiriləcək və saat 20:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button